Xaçmazın ən uzunömürlü sakini vəfat edib.
Demokrat.az bizim.media-ya istinadən bildirir ki, Böyük Vətən müharibəsi veteranı, 101 yaşına yeni keçmiş Məhəmməd Məmmədov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə nəşrə mərhumun gəlini Arzu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, mərhum bir həftədir ki, özünü pis hiss edirmiş.
Qeyd edək ki, Məhəmməd Məmmədov Böyük Vətən müharibəsinin Xaçmazdan sağ qalan yeganə veteranı idi. O, Qroznıdan Berlinədək döyüş yolu keçmişdi.
Mərhum veteranın beş övladı, 23 nəvəsi, beş nəticəsi, iki kötücəsi var.