Mizantropistlər kimlərdir?

MARAQLI 15 avqust 2024, 20:10
Türkiyənin Əskişəhər şəhərində üzünü maska ​​ilə gizlədən və 5 nəfəri bıçaqlayan təcavüzkarın ilk diaqnozunun mizantropiya olduğu açıqlanıb. Bəs, mizantropiya nədir və niyə baş verir? Mizantropiyanın əlamətləri hansılardır?

Demokrat.az mizantropiya haqqında məlumatı təqdim edir:


Mizantropiya nədir?

Mizantropiya hərfi mənada “insanlara nifrət etmək, qorxmaq və ya bəyənməmək” deməkdir. 

Mizantropiya humanizmin tam əksi olmasa da, insanların mərkəzdə yer almağa layiq olmadığını ifadə edir. Mizantropiya ideyasını mənimsəyən insanlara “mizantroplar” və ya “mizantropistlər” deyilir.

Mizantropiyanın əlamətləri və xüsusiyyətləri hansıdır?

Mizantropistlər insanların fitri olaraq pis olduğunu düşünürlər. Ancaq pislik etmək haqqında fikirləşirlər.

Tarix boyu öz nəsillərinə və planetdəki bütün canlılara zərər verən insanlar bunu öz maraqları və ya qorxuları ucbatından edir.

Mizantropiyanın müalicəsi varmı?

Mizantropiyanın müalicəsində alternativ psixoterapiya üsulları tətbiq oluna bilər. Müalicə insanın yaşadığı problemlərdən asılı olaraq dəyişə bilər.

Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top