Avqustunun əvvəllərində Xorvatiya “Dinamo”sundan Almaniyanın “Nürnberq” klubuna transfer olunan futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli AZƏRTAC-ın suallarını cavablandırıb.
Demokrat.az müsahibəni təqdim edir.
-“Nürnberq” komandasına keçidiniz necə baş tutdu?
-Açığı, “Nürnberq”in Almaniyanın ikinci liqasında çıxış etməsi məni bir az düşündürürdü. Komandanın baş məşqçisi Miroslav Kloze mənə zəng edəndən sonra yekun qərarımı verdim. Onun göstərdiyi xüsusi diqqət mənim üçün çox xoş oldu. Zədəli olmağıma baxmayaraq, keçidimdə maraqlı olması xoşuma gəldi. Ona görə də bu təklifə olduqca istiqanlı yanaşdım və nəhayət transfer baş tutdu.
-Başqa ölkələrdən daha sərfəli təklifləriniz də var idi. Niyə məhz “Nürnberq”?
-Maddiyyata yox, karyeraya üstünlük verdim. Çünki ideal yaşdayam. Düzdür, gənc deyiləm, amma yaşlı da sayılmaram. 27 yaşındayam və bu bir futbolçu üçün ən yaxşı dövrdür. Bu illəri futboldan həzz alaraq keçirmək istəyirəm. Karyera bitsə də, insana ən sonda xatirələr qalır. Bu cür azarkeşlərin önündə, belə atmosferdə və böyük bir komandada oynamaq doğurdan da zövq verir. “Nürnberq” Almaniyada “Bavariya”dan sonra ən çox titul qazanmış komandadır. Uzun sözün qısası, pulu yox, futbolu seçdim.
-Yeni komandanızda sizi necə qarşıladılar?
-Komandada çox yaxşı qarşılandım. Sağ olsunlar ki, komanda yoldaşlarım, texniki heyət, məşqçilər korpusu, klubun prezidenti olduqca diqqət göstərirlər. Hər kəs hazırda müalicəmə köklənib. İstəyirlər ki, müalicəmi tamamlayım və tez bir zamanda komandaya qoşulum.
-Klubunuzun baş məşqçisi Miroslav Kloze sizin haqqınızda müsbət fikirlər səsləndirib. Onunla görüşünüz oldumu? Sizə nə dedi?
-Onun səsləndirdiyi fikirlər mənim bu təklifə daha da isti yanaşmağıma səbəb oldu. O, dünya çempionatlarının əfsanəvi bombardiridir. Bu cür şəxsiyyətdən belə sözlər eşitmək çox sevindiricidir. Onun kimi birinin səni öz komandasına cəlb etmək istəməsi azərbaycanlı bir futbolçu üçün olduqca qürurverici və xoş hadisədir. Çalışacağam ki, klub rəhbəri və baş məşqçinin etimadını doğruldum. Komandanın hücum xəttini gücləndirmək istəyirəm. Potensialımı sübut etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.
-“Nürnberq”in infrastrukturu, bazası necədir? Sizi ən çox təəccübləndirən nə oldu?
-Deyə bilərəm ki, artığı var, əskiyi yoxdur. Futbol oynamaq, ondan həzz almaq və məşqə gəlmək üçün hər cür şərait var. Belə meydançada oynamaq insanın həvəsini də artırır. Stadionları görəndə adam bazadan çıxmaq istəmir. Bu barədə çox sözə ehtiyac yoxdur. Bir sözlə, ümumi atmosfer möhtəşəmdir.
-“Dinamo”da niyə alınmadı? Zədələr imkan vermədi, yoxsa baş məşqçi?
-Futbolda belə hadisələr olur. Dünya şöhrətli futbolçular böyük komandalara gedirlər və nələrsə alınmır. Əslində deyə bilmərəm ki, məndə alınmadı. Açığı, səbəbi tam olaraq heç özüm də bilmirəm və heç vaxt da bilməyəcəyəm. Mən “Dinamo”dan gedəndə mənə sadəcə söylədilər ki, burada oynamamağın sənin günahın deyil. Bəlkə də bu söz getmək üçün mənə kifayət edirdi. Hər şey mənim nöqteyi-nəzərimdən komandanın sabiq baş məşqçisi Ante Çaçiçlə başladı. Ondan sonra belə də davam etdi. Sonra onu bu postda İqor Bişça əvəzlədi. Bişça mənə inamını göstərirdi. Gələn kimi mənimlə söhbət etdi. Amma sonra o da klubdan ayrıldı. Yayda “Dinamo”nu tərk etmək istəyəndə məni buraxmadı, qalmağım üçün israr etdi. Amma qışdan sonra zədələrlə bağlı problemlər yaşadım. Bundan sonra baş məşqçinin mənə qarşı düşüncələri dəyişdi. Düşünürəm ki, belə faktorlar hər zaman olur. Klubun mənimlə vidalaşmağının səbəbi ilə bağlı hələ də heç kimdən səmimi cavab almamışam. Düşünürəm ki, bu futboldur və hər an hər şey ola bilər. Ona görə də üstündə çox dayanmaq istəmirəm. Bəzən olmayanda olmur. Mənim statistikama baxsaq və oynadığım dəqiqələri nəzərə alsaq, deyə bilmərəm ki, alınmadı. Fikrimcə, öz mövqeyimdə mənə yetərincə şans vermədilər. Adətən görmüşük ki, yeni transfer olunan futbolçulara 7-8 oyunda öz çıxış etdiyi mövqedə şans verilir. Ondan sonra qərar verilir ki, bu futbolçu bu mövqedə yaxşı çıxış edə bilir ya yox. Amma elə matçlar olub ki, mən 4 mövqedə oynamışam. Bəlkə haradasa məndə də səhvlər olub. Amma ilk dəfədir ki, özümdə səhv tapa bilmirəm. Bu, karyeramda ilkdir. Çünki mən tərəfdən heç bir problem olmayıb.