Ekspert: “Quyuların ətrafında təhlükəsizlik təmin olunmalıdır”

SOSİAL 14 avqust 2024, 18:17
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Moranlı kəndində ata ilə qızı su quyusuna düşüblər. Onların meyiti xilasedicilər tərəfindən quyudan çıxarılıb. Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər. 

Daha əvvəl isə N.Məmmədovanın atası H.Məmmədovun meyiti su quyusunda aşkar edilərək çıxarılıb. Hər iki meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Təhlükəsizlik məsələləri üzrə eksper Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, quyular olan ərazilərdə təhlükəsizliyə biganə qalmaq olmaz:

"İstər su quyuları olsun, istər neft quyuları bunlar açıq təsərrüfat ərazilərində və ya sənaye obyektinin ərazisində və ya fərdi yaşayış evinin ətrafında yerləşirsə, mütləq bu quyuların ətrafı çəpərlənməlidir. Əraziyə sərbəst giriş məhdudlaşdırılmalıdır, xəbərdaredici nişan, məlumatlandırıcı lövhə qoyulmalıdır. 

Təyinatından asılı olaraq quyunun giriş hissəsi bağlı olmalıdır. Quyuya insan da düşə bilər, heyvan da və yaxud da quyunun ağzı açıq qalarsa və ora heyvan düşərsə cəsəd suyu çirkəndirə bilər, içməli su yararsız vəziyyətə düşə, sanitariya gigiyena normaları pozula bilər. 

Azyaşlı uşaqlar, üçün açıq quyular xüsusən təhlükəlidir, onlar maraq göstərib açıq quyuya tərəf əyilə və yıxıla bilərlər. Kimlərsə qəsdən cinayət törədib kimisə quyuya ata, itələyə bilər. Yəni təhlükə ehtimalları çoxdur. Quyular daim bağlı və nəzarətdə saxlanılmalıdır. Bədbəxt hadisə baş verəndə həmişə təhlükəsizlik məsələləri yada düşür. Yaxşı olar ki, sakinlər özləri və yerli icra orqanları bu məsələyə biganə yanaşmasın, əvvəlcədən tədbirlər görsünlər".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 15:03
Top