Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
xxx
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Məlumata görə, bu say daha da arta bilər.