Türkiyədə daha bir onlayn platformaya giriş BLOKLANDI

SOSİAL MEDİA 08 avqust 2024, 08:24
Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması “Roblox”a da giriş bloklanıb.

Demokrat.az xəbər verir ki, “Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qərarla “Roblox”un “App Store” və “Google Play”dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.

Qeyd edək ki, “Roblox” istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top