Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb.
Demokrat.az-ın məlumatına görə, həbsdə olan müğənni oktyabrın 28-də azadlığa buraxılacaq.
Bu barədə ifaçının bacısı İlahə Fəda “Xəzər” TV-də yayımlanan Zaur Kamalın aparcısı olduğu “5-də 5” verilişində məlumat verib.
Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib.