"Həmkarım içkimə nəsə qatdı, 2 il oxuya bilmədim"

ŞOU-BİZNES 18 may 2024, 00:26

"Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimə nəsə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım oxuya bilmədim. O tədbirdə milli janrın ifaçıları və televiziya işçiləri var idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Tarixin bir günü" verilişində deyib. Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:

"Bu haqda ona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var. Milli janrda oxuyan ifaçıdır.

Mən də bilmirəm ki, niyə edib. Muğam ifaçısı deyiləm. Onların dəvət aldığı toylara getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Yaradan insanı qoruyur. Özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top