Putin Kurskda baş verənləri şərh edib

DÜNYA 07 avqust 2024, 16:10
Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kursk vilayətinin sərhədyanı rayonlarında bir gün əvvəl başlayan döyüşlərə münasibət bildirib.

Demokrat.az BBC-yə istinadən xəbər verir ki, o, Rusiya hökumətinin toplantısını keçirib.

Putin bundan sonra hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirməyi planlaşdırır.

“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.


Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top