Dövlət vətəndaşları sosial-psixoloji cinayətlərə qarşı səfərbər etməlidir — AÇIQLAMA

SOSİAL 07 avqust 2024, 16:02
Ötən günlərdə Bakıda ana övladını sosial şəbəkədə satmaq istədi. DİN-dən bununla bağlı tədbir görülsə də, bu cür hallar artıq cəmiyyətimizdə çoxalmağa başlayıb. 

Bəs bu kimi halların baş verməməsi üçün hansı tədbirlər görülməldir?


Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, bu hadisənin baş verməsi, utancvericidir:

“Dövlət mütləq belə halların qarşısını almalıdır. İndi sual yaranır, necə qarşısını almalıdır? 

Dövlət təkcə hüquqi prosedurla övladını satmaq istəyən ananı cəzalandırmaqla, bunun qarşısını almalıdır? 

Xeyr, dövlətin vəzifəsi təkcə cəzalandırmaq deyil, həm də cəmiyyətin tərbiyəsi ilə məşğul olmaqdır. Dövlətin vəzifəsi həm də hər hansı bir anormal, qeyri-normal hadisələrin sosioloji və psixoloji səbəblərini aradan qaldırmaqdır. İlk növbədə bu araşdırılmalıdır. Dövlətin vəzifəsi həm də bütün vətəndaşları sosioloji, psixoloji cinayətlərə qarşı səfərbər etməkdir. Təşviq etmək də dövlətin vəzifəsidir. 

Görəsən o ananın nə problemi var? Niyə belə faciəvi və dəhşətli addım atmaq istəyir? 

Bu sahədə ciddi nəzarət və araşdırma aparılmalıdır”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 16:56
08 sentyabr 2024, 14:16
Top