Məsuliyyəti artıracaq — Taksi sürücüləri imtahan verəcəklər

GÜNDƏM 06 avqust 2024, 20:42
Taksi sürücüləri üçün imtahanların vaxtı elan olunub. Dövlət İmtahan Mərkəzinin məlumatına görə xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan avqustun 25-də keçiriləcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında taksi sürücüləri üçün imtahanın keçirilməsini müsbət dəyərləndirib:


“Takis sürücüləri üçün imtahanın keçirilməsi o deməkdir ki, artıq taksi sürücüsü də peşə hesab olunacaq. Buna taksi sürücülərinin sertigikatlaşdırılması da deyə bilərik. İmtahan sürücülərdə məsuliyyət hissini artıracaq, həm də peşəkar sürücülər üzə çıxacaq. Bu da gələcəkdə taksinin ictimai nəqliyyatın bir növü kimi fəaliyyət göstərməsinə müsbət təsir edəcək. İmtahanlar qəliz olmayacaq. Burada sürücülük qabiliyyəti və insanlarla münasibətlərdə psixoloji məqamlar yoxlanılacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top