Paris Yay Olimpiya Oyunları davam edir. Oyunlar zamanı idmançılar arasında bağırsaq infeksiyasının yayıldığı barədə xəbərlər dərc olundu. Yoluxmanın səbəbinin Sena çayının suyunun bakterioloji çirklənməsi olduğu iddia olunur. Şəhər meriyası isə bunu təkzib edir. Bunun ardınca idmançılar arasında COVİD-19-a yoluxma halının olduğu da bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatına görə Parisdə keçirilən Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub.
Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında kütləvi idman yarışları zamanı idmançılar arasında müəyyən xəstəliklərin yayılma ehtimalının olduğunu deyib:
“Pandemiya bitsə də koronavirusun OMİCRON ştammının mutasiya variantları davam edir, epidemik ocaqlar hələ də mövcudluğunu saxlayır. İnsanların bir-biri ilə təması zamanı, kütləvi yerlərdə bu cür yoluxmalar baş verə bilər. Yoluxma faktları aşkar olunandan daha çoxdur, rəsmi statistika heç də bütün yoluxma hallarını əks etdirmir. İndi çox adam bunu ayaqüstə keçirir, qrip, soyuqdəymə olduğunu zənn edir, başqa simptomlar olmadığından çox adam koronavirusa yoluxmasından şübhələnmir.
Avropa ölkələrindəki statistika reallığa daha yaxındır. Oyunlar zamanı yoluxma statistikası arta bilər, amma bunun təhlükəli vəziyyət yaradacağı riski yoxdur. Kovidin indiki versiya yenidən pandemiyaya səbəb olmayacaq. Bununla belə idmançılar yarışlar zamanı şəxsi gigiyenalarına, sanitar qaydalara diqqət etməlidirlər. Ehtiyat üçün şəhərdə, insanların sıx olduğu yerlərdə gəzərkən maskadan istifadə etmək olar”.
Törə Zeynallı
Demokrat.az