Məşhur aktyor Zelenski və Trampın karikaturasını paylaşdı - FOTO

MARAQLI 08 oktyabr 2019, 14:32

Amerikalı aktyor Cim Kerri özünün “Tvitter” hesabında ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasındakı söhbətə dair karikatura paylaşıb.

 

“Dələduz-ata Zelenskiyə onun imtina edə bilməyəcəyi bir təklif verdi”, – C.Kerrinin paylaşdığı karikaturanı bu sözlər müşayiət edib.

 

Şəkildə ABŞ Prezidentinin “Xaç atası” filminin əsas qəhrəmanının “bir dəfə edilməli olan bir lütf” sözlərindən sitat gətirilir.

 

Qeyd edək ki, avqust ayında Cim Kerri Trampı və kosmik qoşun yaratmaq planlarını lağa qoyan karikatura dərc etmişdi

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top