Oğuzda bədbəxt hadisə: Başı stula dəyən 2 yaşlı uşaq öldü

HADİSƏ 03 avqust 2024, 21:27
Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top