Şirvanda FACİƏ: Ana və qızı can verdi — YENİLƏNİB

KRİMİNAL 03 avqust 2024, 14:50
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Demokrat.az
  "Report"a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.

Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir.

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

***10:46

Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb.


Demokrat.az  APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhərinin mərkəzində baş verib. Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün

və 5 yaşlı qızı K.Z 5-ci mərtəbədən yıxılaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top