Qışqıran qadın mumiyasının sirri açıldı

MARAQLI 02 avqust 2024, 20:59
Misirdə 3500 il əvvəl ölən "qışqıran qadın mumiyası" ilə bağlı yeni məlumatlar tapılıb. 

Demokrat.az xəbər verir ki, ağzı açıq vəziyyətdə tapılan və buna görə də "qışqıran qadın" olaraq xarakterizə edilən mumiya üzərində qabaqcıl texnologiyadan istifadə edilən son müayinələr qadının ölümündən əvvəl ağrılar keçirdiyini və mumiyalanarkən cəsəd spazmı yaşadığını ortaya çıxarıb.

Araşdırmalar haqqında danışan Qahirə Universitetindən Dr.Sahar Saleem Misir alimləri tərəfindən 1935-ci ildə arxeoloji tədqiqatlar zamanı tapılan qadının mumiyalanma yolu ilə "real zaman kapsulu" olduğunu ifadə edib.
 
Dr.Sahar Saleem "Qışqıran üz ifadəsi qadının ağrıdan və ya əzabdan öldüyünü göstərən kadavra spazmı kimi oxuna bilər" deyib. 

“Frontiers in Medicine” jurnalında dərc olunan araşdırma məqaləsinə görə, qadın öləndə 48 yaşında olub və onun onurğa sütununda xəstəlik olduğu müəyyən edilib. Mumiyadakı qadının ölümünün dəqiq səbəbi bəlli deyil.

Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top