Putin və Baydenin azad edilən məhkumları qarşılamalarının görüntüləri

DÜNYA 02 avqust 2024, 13:05

ABŞ Prezidenti Co Bayden Merilend ştatındakı Endrüs hərbi hava bazasında Moskva, Vaşinqton, Berlin və bir sıra digər dövlətlər arasında mübadilə çərçivəsində azad edilmiş məhbusları qarşılayıb.

Demokrat.az-ın REN TV-yə istinadla verdiyi məlumata görə, Ağ Ev rəhbərini ABŞ-nin vitse-prezidenti Kamala Harris müşayiət edib.

Bundan sonra ölkə rəhbərliyinin nümayəndələri media ilə söhbət ediblər. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də mübadilə nəticəsində azad edilən rusiyalıları "Vnukovo-2" hava limanında şəxsən qarşılayıb.

Xatırladaq ki, avqustun 1-də Türkiyənin Ankara hava limanında Rusiya, ABŞ və digər Qərb ölkələri arasında məhbusların mübadiləsi baş tutub.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top