"Azərbaycan əlifbası və Azərbaycan dili günü azərbaycanlıların milli kimliyi, milli birgəlik, milli özünü ifadə baxımından çox əlamətdar gündür. Azərbaycan dili Şərqin, ümumiyyətlə dünyanın ən inkişaf etmiş dillərindən biridir. Baxmayaraq ki, il ərzində beş dəfə əlifba dəyişikliyi olub. Müxtəlif dövrlərdə əlifba dəyişikliyi, dilimizin inkişafına xeyli dərəcədə mane olub. Amma indi müstəqillik dövründə Azərbaycan dövləti bu məsələni həll edib. Azərbaycan dilinin işləkliyi ən yüksək səviyyədədir. Bu dildə saysız-hesabsız media qurumları var. Ana dili dövlət dilidir. Dövlət dili haqqında xüsusi qanun var. Dilin qorunması ilə bağlı tələblər var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli deyib.
O bildirib ki, istənilən xalqların, istənilən toplumun, millətin əsas göstəricilərindən biri onun ana dilidir:
“Azərbaycan dili Şərqin, ümumiyyətlə dünyanın ən inkişaf etmiş dillərindən biridir. Baxmayaraq ki, il ərzində beş dəfə əlifba dəyişikliyi olub. Müxtəlif dövrlərdə əlifba dəyişikliyi, dilimizin inkişafına xeyli dərəcədə mane olub. Amma indi müstəqillik dövründə Azərbaycan dövləti bu məsələni həll edib. Azərbaycan dilinin işləkliyi ən yüksək səviyyədədir. Bu dildə saysız-hesabsız media qurumları var. Ana dili dövlət dilidir. Dövlət dili haqqında xüsusi qanun var. Dilin qorunması ilə bağlı tələblər var”.
Professor onu da qeyd edib ki, hazırda Azərbaycan dilinin işlənməsi, normalarının gözlənilməsi qaydalarına əməl olunması dilin statusu və sair. bunlarla bağlı iyirmidən çox dövlət sənədi var:
“İşləkliyi hazırda qənaətbəxş səviyyədədir. Əlbəttə, problemlər var. Həmişə olub. Bu, birinci növbədə dilin statusunun qorunması ilə bağlıdır. Dil daşıyıcılarının bu dilə münasibəti ilə bağlıdır. Ədəbi dil normaları ilə bağlıdır. Mətbuat dili televiziya, radio, verilişlərin dilidir. Bunlarla bağlı həmişə problemlər olub və bu gün də o problemlər daha qabarıq şəkildə hiss olunur. Ona görə də dil daşıyıcıları tərəfindən Azərbaycan dilinin statusuna lazım olan hörmət göstərilmir”.
Q.Məhərrəmli əlavə edib ki, ailələrdə rus dilində danışılması sadəcə biabırçılıqdır:
“İctimai yerlərdə bəzən bu yolverilməz bir həddə gəlib çatıb, özlərinə ziyalı demək istəyənlər özgə dillərdə danışmağa üstünlük verir. Əlbəttə ki, bu çox məyusedici məqamlardır. Yəni biz bu dilin daşıyıcıları olaraq o dilin şərəfini qorumalıyıq. Biz o dilin statusunu qorumalıyıq. Biz bu dilin daşıyıcıları kimi bu dilə sevgi, məhəbbət, ehtiramımızı əsirgəməməliyik”.
Mehriban Mirzəzadə
Demokrat.az