Bildiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-i Pezeşkianın andiçmə mərasiminə qatıldığı gün İsrailin hücumu nəticəsində Tehranda öldürüldü. Hazırda, İranda üçgünlük matəm elan edilib. Son zamanlar İranda bir-birinin ardınca baş verən hadisələr suallar yaradıb.
Bəs, son hadisədən sonra İran İrailə adekvat cavab verəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, İsrail nə qədər texnoloji inkişafda irəli getsə belə kəşfiyyat məlumatları olmadan bu cür tədbir həyata keçirə bilməz.
Zaur İbrahimlinin sözlərinə görə, ehtimallardan biri də budur ki, İsrailin bu cür uğurlu əməliyyatlarının arxasında həm kəşfiyyat məlumatı, həm texnoloji imkanlar, həm də İrandakı elitada təmsil olunan bir sıra səlahiyyətli dairələrin təmsilçilərinin köməyi durur:
“Güman edirəm ki, bu hücuma cavab vermək üçün İran müəyyən addımlar atacaq. Lakin, İranın hava məkanının kənardan müdaxilələrə açıq olduğu sirr deyildi. Bundan əvvəl İsrail İranın nüvə obyektlərini çox rahat şəkildə vurmuşdu. Hətta ən çox qorunan İsfahandakı zavoduna da böyük xəsarət yetirmişdi. Məhz hava hücumundan müdafiə sisteminin etibarlı olmadığına görə İran bütün nüvə infrastrukturunu yer altına keçirib. İllər ərzində İrana tətbiq olunan sanksiyalar İranın hava hücumundan müdafiə sistemini tamamilə gücsüz hala salıb. Heç bir ölkə, hətta yaxından əməkdaşlıq etdiyi Rusiya belə İrana müasir hava hücumundan müdafiə sistemləri vermir. Bu birinci variantdı. Bu baxımdan, İsrail üçün İran ərazisindəki hər hansı bir obyekti vurmaq o qədər də çətin deyil. Yəni İsrailin bütün imkanları var ki, İran ərazisindəki bütün obyektlərə bu və ya digər formada zərbə vursun.
İkincisi artıq neçənci dəfədir görünür ki, İsrailin İranda çox güclü casus şəbəkəsi var. İran bütün səylərə baxmayaraq, İsrail kəşfiyyatının bu fəaliyyətinin qarşısını ala bilmir. Çünki hər nə qədər texnoloji inkişafda irəli getsə də, yerli naviqasiya olmadan İsrailin bu cür bombalamaları, zərbələri uğurla həyata keçirməsi qeyri-mümkündür. Eyni zamanda nəzərə alın ki, bombalanma işin yalnızca üsul və vasitə tərəfidir. Lakin ünvanı və koordinatları müəyyən eləmək kəşfiyyatın işidir. Yalnız etibarlı kəşfiyyat məlumatları əsasında bu cür uğurlu hərbi amaliyyatlar keçirilə bilər. Yəni siz nə qədər texnoloji inkişafda irəli getsəniz belə kəşfiyyat məlumatları olmadan bu cür tədbir həyata keçirə bilməzsiniz. Növbəti məsələ İranın özündəki daxili ziddiyyətlərlə bağlı ola bilər. İstisna deyil ki, İranda bəzi qüvvələr hazırki siyasi rəhbərlikdən razı deyillər. Onlar İsrail və digər ölkələrlə əməkdaşlıq edərək daxildən təzyiqi artırmağa çalışırlar. Bu cür tədbirlər indiki dini siyasi rəhbərliyin nüfuzuna çox böyük zərbə vurur. Onların yaratdığı obrazı darmadağın edir.
Çünki İranın özünün hərbi siyasi elitası da güclü qruplaşmalara bölünüb. Onların da hakimiyyət uğrunda mübarizəsi hər zaman amansız olub. Xüsusilə SEPAH-a xüsusi imtiyaz verilməsi və şərait yaradılması daim hərbi siyasi elitada qısqanclıqla qarşılanıb. İranın HƏMAS və Hizbullah ilə əlaqələrini, o cümlədən bölgədəki hərbi siyasi fəaliyyətini SEPAH kontrol edir. Həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusu da bura aiddir.
Ordu, SEPAH, İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında ziddiyyətlərin olması da sirr deyil. Onların da regionda və dünyada baş verən hadisələrə, İranın yerinə və roluna fərqli baxışları var. Ehtimal olunur ki, öz rəqiblərini zəiflətmək və mövcud qərarların qəbulunda təsir imkanlarını artırmaq üçün İsrailə bu qüvvələrin təsiri altında olan dairələr də köməklik göstərər bilər. Həmçinin, bu zərbələr İranın yaratdığı mifi də dağıtdı. İran son vaxtlar dron texnikasının inkişafı ilə öyünürdü. Bu zərbə onu göstərdi ki, əlbəttə, İranın nailiyyətləri var amma bunlar ibtidai səviyyədədir”.
Əfsanə Rəcəb
Demokrat.az