Xəbər verdiyimiz kimi, Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar. Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, gəmilərdə yanğınların baş verməsinə bir neçə amil səbəb ola bilər:
“Texniki nasazlıq, elektrik sistemində baş verən problem, hansısa materialların və ya məhsulların daşınması zamanı texniki normativ tələblərin pozulması səbəbilə yanğın baş verir. Eləcə də gəmidə hər hansı təmir işləri aparılarkən texniki, təhlükəsizlik, əməyin mühafizəsi qaydalarına əməl olunmaması səbəbindən, həmçinin qəza ucbatından da yanğın meydana çıxa bilər. Hər yerdə olduğu kimi gəmilərdə də görülən işlər, aparılan proseslər zamanı texniki qaydalara, yanğın təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi normalarına əməl etmək lazımdır. Əlbəttə ki risklərdən heç kim sığortalanmayıb, amma tələb olunan qaydalara riayət etməklə təhlükə zamanı dəyə biləcək ziyanı minimuma endirmək olar”.
Qeyd edək ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib. Yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunublar.
Törə Zeynallı
Demokrat.az