İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 445-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada hücumlarda yaralananların sayının isə 91 min 73-ə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, 24 saat ərzində həyata keçirilən hücumlar nəticəsində 45 mülki vətəndaşın həyatını itirib, 77 mülki vətəndaş isə yaralanıb.
Əfsanə Rəcəb Demokrat.az

