Hindistanda bir qadın keçmiş əri tərəfindən ağaca bağlanaraq meşədə tərk edildiyini və 40 gün yemək yemədən sağ qaldığını iddia edib.
Demokrat.az xəbər verir ki, hadisə şənbə günü səhər bir çobanın meşədən gələn yüksək səsləri eşitməsi ilə üzə çıxıb.
Səsləri izləyən çoban Lalita Kayi Kumar Sawantwadi yaxınlığında tapıb və vəziyyəti səlahiyyətlilərə bildirib.
Hadisə yerinə gələn polis qadını ağaca bağlayan zənciri kəsmək üçün kəsici alətlərdən istifadə edib və Kumar daha sonra xəstəxanaya aparılıb. Polis keçmiş əri saxlayıb və məhkəməyə verib.
Polis rəsmisi The Telegraph Online-a açıqlamasında "Kumarın həyatı artıq təhlükədə deyil. Onu müalicə edən həkimlər psixiatrik problemləri olduğunu dedilər” deyib.
Polis rəsmiləri Kumarın ABŞ-da doğulduğunu və daha sonra Hindistana gəldiyini bildirib. Onun Cənubi Hindistanın Tamil Nadu əyalətindən olan bir kişi ilə evli olduğu və son 10 ildə Hindistanda yaşadığı düşünülür. Bundan əlavə, Kumarın “vizasının müddəti bitib” məlumatı da paylaşılıb.
Sindhdurq rayon polisi Saurabh Aqraval xəstəxanada olan qadının yazdığı qeydə əsasən, onun keçmiş ərinə qarşı adam öldürməyə cəhd, başqalarının həyatına və ya şəxsi təhlükəsizliyinə təhlükə törətmək və qanunsuz saxlama ittihamları ilə cinayət işi açılıb deyib.
Əfsanə Rəcəb
Demokrat.az