Türkiyə İsrailə hücum edəcək? — Elmar Məmmədyarovdan AÇIQLAMA

XARİCİ SİYASƏT 31 iyul 2024, 13:25
Son günlər Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail Fələstindən sonra Livana hücum edib. Bu da hər bir region ölkəsini ciddi şəkildə narahat edir. Təsadüfi deyil ki, Türkiyə son günlər İsrailə qarşı təzyiqlərini artırııb. Hətta belə bir fikir də səslənib ki, Türkiyə lazım gəlsə, İsrailə hərbi müdaxilə edə bilər.

Bəs, Türkiyənin İsrailə hərbi müdaxilə etməsi nə dərəcədə realdır?

Suala aydınlıq gətirmək üçün sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərini öyrəndik. Konkret.az-a açıqlamasında o bildirdi ki, BMT-nin qətnamələrinə əsasən Yaxın Şərqdə iki dövlət yaradıılmalı idi:

“Bunlardan biri İsrail idisə? digəri də Fələstin dövləti olmalı idi. Lakin ötən müddət ərzində İsrail dövləti yaradılsa da? Fələstin hələ də bütün dünya dövlətləri tərəfindən tanınmayııb. Azərbaycanın hazırkı mövqeyi də ondan ibarətdir ki, Fələstinin dövlət müstəqilliyi dünya birliyi tərəfindən tanınmalıdır. Türkiyə də ədalətli mövqedən çıxış edir. Rəsmi Ankaranın ilk tələbi odur ki, İsraillə Fələstin arasında davamlı atəşkəs təmin olunsun. Məlumdur ki, Türkiyə regionun ən nüfuzlu ölkəsidir. Və beynəlxalq aləm də Türkiyə ilə hesablaşır.

Üstəlik, Türkiyənin tələbində qeyri-qanuni heç nə yoxdur. Bu çox ədalətli bir tələbdir. Nəzərə alaq ki, son 10 ayda Qəzza bölgəsində 40 min insan həyatını itirib. Ona görə də bu münaqişə ən qısa zamanda dayandırılmalıdır. Türkiyə də bu ədalətin bərpasını istəyir. Bunun üçün Türkiyə siyasi təzyiq metodlarından istifadə edir. Amma bu, təzyiqlərdən o yana keçməyəcək. Və Türkiyə heç zaman müharibəyə qoşulmayacaq”.

Elmar Məmmədyarov onu da qeyd etdi ki, Türkiyənin bu təzyiqlərinə və bəyanatlarına görə bəzi Avropa dövlətlərində Türkiyənin NATO-dan çıxarılması çağırışları səslənir:

“Bu ancaq siyasi dedi-qodudur. NATO hazırda öz sıralarını genişləndirmək əzmindədir. Belə bir vaxtda Türkiyə kim böyük bir ölkənin təşkilatdan çıxarılması müzakirə mövzusu ola bilməz. Bu heç bir məntiqə sığmır. Və əsası olmayan bəyanatlardır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2024, 22:18
11 sentyabr 2024, 21:07
Top