Gəncə şəhərində 1992-ci il təvəllüdlü Nəcəf ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qayınanası Təranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Natəvan qəsəbəsində baş verib. Nəcəf yaşadığı fərdi yaşayış ünvanında qaynanası Təranə ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə onun çiyin, bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Təranə onun qaynanası, Südabə isə onun arvadıdır: “Südabə ilə 2017-ci ildə ailə qurmuşam. Həmin nikahdan 3 övladımız var. Südabə ilə hərdən ailə münasibətlərimiz zəminində aramızda mübahisələrimiz olur”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl, günorta yaşdıqları evdə olan zaman yemək yeyib və az miqdarda spirtli içki qəbul edib: “Həmin zaman televizorda uca səslə mahıya qulaq asdım və yuxuya getdim. Bir neçə saat sonra yuxudan oyandım. Arvadım Südabənin evdə olmadığını gördüm. Südabənin harda olması barədə anamdan soruşdum. Anam arvadımın uşağı yatızdırmaq üçün qonşuya getdiyini dedi. Südabənin məndən icazəsiz qonşuya getməsinə əsəbləşdim. Lakin anam Südabəni özü qonşuya göndərdiyini dedi. Mən anama əsəbi olduğumu və əsəbim sakitləşənə qədər Südabənin anası Təranənin evində qalmasını dedim. Sonra Südabə evdən getdi”.
Təqsirləndirilən şəxs bildirib ki, saat 16 radələrində yaşadığı evdə olan zaman qaynanası Təranə yaşadığı evə gələrək səs-küy salıb və qızı Südabənin nə üçün evdən göndərdiyini deyib: “Həmin vaxt Təranə nalayiq söyüşlərlə məni təhqir etdi, yaxamdan tutdu. Mən əsəbləşdim, əl zərbəsi ilə Təranənin çiyin nahiyəsindən vurdum və özümdən uzaqlaşdırdım. Təranənin məni təhqir etməsi və yaxamdan tutması pis təsir etdi. Sonradan Təranənin şikayət etməsini bildim”.
İş üzrə zərərçəkmiş Təranənin sözlərinə görə, Nəcəflə qızı Südabə 2017-ci ildə ailə qurub və həmin münasibətdən 3 övladı var: “Hadisə günü, saat 15 radələrində işdən evə gələn zaman qızım Südabənin 2 uşağı ilə yaşadığım evə gəldiyini gördüm. Südabədən nə üçün gəldiyini soruşdum. Həmin vaxt Südabə əri Nəcəfin əmisinin yaşadığı evə getdiyini və nə üçün ondan icazə almadığını bəhanə gətirərək evdən qovduğunu dedi. Bu məsələyə aydınlıq gətirmək üçün saat 16 radələrində Nəcəfin yaşadığı ünvana getdim. Həmin vaxt Nəcəfə qızımın evə qayıdacağını dedi. Nəcəf Südabənin evə qayıtmayacağını bildirdi. Həmin vaxt əsəbləşdim və Nəcəfin ünvanına nalayiq ifadələr işlətdim. Bu zaman Nəcəf əl zərbələri ilə çiyin nahiyəmə qəsdən vurdu və bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirdi. Sonra ordan getdim”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəcəfin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az