Bakının Suraxanı rayonunda 1982-ci il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Mehdiyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 29-da baş verib. Vaqif həmin gün, saat 15:00-da yaşadıqları evdə atası Mehdi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaşadıqları evin çıxış qapısının ağız hissəsində onun sinəsindən itələyib. Oğul atasının ayaq və qarın nahiyyəsindən təpiklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Mehdi ilə aralarında tez-tez birgə yaşadıqları evdə mübahisələr baş verib: “Sonuncu dəfə, yəni yanvarın 29-da, günorta saatlarında birgə yaşadığımız evdə olan zaman soyuducunu açıb oradan yemək götürmək istədim. Bu zaman atam yanıma gələrək işsiz olduğumu, nə vaxta qədər belə davam edəcəyini bildirdi. Atamın dediklərinə əsəbiləşdim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı soyuducunun qapısını bağladım və atamın sinəsindən itələdim. Sonra evdən çıxaraq qonşuya keçdim. Təxminən bir saat sonra geri yaşadığım evə qayıdaraq atamın evdə olmadığını gördüm. Atam həkimə müraciət edib. Səhəri günü isə atamın ayağını gipsə qoyduğunu gördüm”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vaqifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az