Bakıda ata və onun azyaşlı oğlunu maşın vurdu

HADİSƏ 26 iyul 2024, 00:23
Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Demokrat.az apa-ya istinadən xəbər verir ki, yol nəqliyyatı hadisəsi Gəncə prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Hacızadə Ruslan Maarif oğlu iki yaşlı övladı Həsrət Hacızadə ilə birgə yolun əks tərəfinə keçərkən onları minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək mümkün olub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 21:22
Top