"Hərə əlinə bir "balta" alıb"

ŞOU-BİZNES 25 iyul 2024, 19:58
Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib. 

Demokrat.az  xəbər verir ki, ifaçı sosial şəbəkələrdə yazılan tənqidlərə reaksiya bildirib.

O, "Hərə əlinə bir "balta" alıb, düşüb sosial şəbəkərələrin canına" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, xəstəlikdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün müraciət etdiyi “Medera” hospitalının mühafizəçisi ilə münaqişə yaşayıb. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Ağadadaş Ağayev və Nurəddin Cəlilov barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

A. Ağayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top