"Dövlət hesabına vəkillə təmin olunacaqlar" — Hüquqşünas

GÜNDƏM 25 iyul 2024, 18:30
Xəbər verdiyimiz kimi, məişət zorakılığında zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardım göstəriləcək. Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb. Hüquqi yardıma sənədlərin əldə edilməsinə kömək göstərilməsi, ərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi, zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi daxildir.

Qərara münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, dövlətin bu məsələni öz üzərinə götürməsi təqdirəlayiqdir:

“Məişət zorakılığının qurbanı olmuş şəxslər tam hüquqi yardım ala biləcəklər. İstər məsləhət olsun, istər hansısa sənədlərin hazırlanması və ya mülki işlərlə bağlı məhkəmələr – zərərçəkən zəruri hallarda vəkillə təmin olunacaq. Hüquqi уаrdım göstərilməsinə görə haqq vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada dövlət vəsaiti  hesabına ödəniləcək. Düşünürəm ki, məişət zorakılığından əziyyət çəkən şəxslərin hüquqi məsələlərdən irəli gələn problemlərinin həllinə bu qərarın müsbət təsirlərini görəcəyik”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top