Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin SİYAHISI

MEDİA 25 iyul 2024, 16:30

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

Bu barədə Demokrat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 

Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.

Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, 2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top