“ABŞ-dəki seçkilərin nəticəsinin Azərbaycana bir neçə aspektdən təsirləri ola bilər. “Demokrat”lar daha çox erməniləri dəstəkləyirlər, Ermənistanın yanındadırlar. Seçkilərdə Harris qalib gələrsə, Azərbaycana təzyiqlər arta bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.
O qeyd edib ki, “Demokratlar”ın mövqeyi “Respublikaçılar”dan fərqlənir:
“Bilirik ki, “Respublikaçılar” daha çox yəhudi təsiri altındadırlar. Tarixən yəhudilərlə ermənilər rəqabət halında yaşayıb. Bu iki xalq arasında oxşarlıqlar çoxdur, ona görə də hər zaman bir-biriləri ilə rəqabət aparıblar. “Demokratlar”ın qalib gəlməsinin Azərbaycan-ABŞ münasibətlərinə elə də müsbət təsiri olmayacaq.
Amma bəzi məqamlarda Azərbaycan bundan öz xeyrinə də istifadə edə bilər. Kamala Harris seçkidə qalib gələrsə, Ukraynada müharibənin davam edəcəyi ehtimal olunur. Müharibə davam edəcəyi təqdirdə Rusiya daha çox Ukrayna məsələsi ilə məşğul olacaq və Cənubi Qafqaz bir qədər diqqətdən kənar qalacaq. Bu vəziyyətdən də Azərbaycan istifadə edir və hədəflərini gerçəkləşdirir. ABŞ və Qərbdən təzyiqlərin artması Azərbaycanın maraqlarına ziyandır. Harris Ukraynaya dəstək verəcəyi halda və müharibənin alovlanması fonunda bəzi məsələlər Azərbaycanın xeyrinə, bəzi məqamlar da zərərinə ola bilər”.
Törə Zeynallı
Demokrat.az