"Hər şeydən bezmişəm, ölmək istəyirəm" — VİDEO

ŞOU-BİZNES 20 iyul 2024, 14:34
“Dua edirəm ki, Allah mənə atam qədər ömür versin. 95 yaşında vəfat edib. O qədər görüləcək işlərim var. Ölmək bu dəqiqə istəyərəm, o qədər hər şeydən, hamıdan bezmişəm ki... Məni yaşadan sənətdir”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Əməkdar artist Qoxmaz Əlilicanzadə qonaq olduğu “YouTube”da yayımlanan “Mən” layihəsində deyib.

Aktyor həm səhhətindən həm də ideyası olan 10-a yaxın musiqi alətindən danışıb:

“12 il əvvəl Allah mənə istedad verib, musiqi alətləri düzəltmişəm. İndi musiqiçi axtarıram, bir baxan yoxdur. Bu 10-a yaxın alətdir. Allaha deyirəm ki, bunu verdin, indi imkan yetir başa çıxartdım. Yaşlıyam, şəkərim var, “paraliç” keçirtmişəm. Gözləyirlər mən öləndən sonra öz adlarına yazsınlar. Bir buna görə ölmək istəmirəm. İstəyirəm ki, məni də öləndən sonra 3 gün saxlasınlar”. (Bizim.Media)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top