Husilər Təl-Əvivə hücum etdi

DÜNYA 19 iyul 2024, 23:30
Yəməndə İranın dəstəklədiyi husilər İsrailin paytaxtı Təl-Əvivin mərkəzinə, ABŞ səfirliyinin yaxınlığına gecə saatlarında pilotsuz təyyarə ilə hücum edib. 

Demokrat.az xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb.

Husilər pilotsuz uçuş aparatının (PUA) hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Husilərin hərbi sözçüsü Yəhya Seri X sosial media hesabında verdiyi açıqlamada Təl-Əvivə hücum olduğunu təsdiqləyib. 

Seri mətbuata açıqlamasında belə deyib: 

"Təl-Əviv, radarların təsbit edə bilmədiyi və hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi Yafa adlı yeni İHA ilə hədəfə alındı".

Seri İsrailin mərkəzini hədəf almağa davam edəcəklərini və hücumların əsas hədəfi olacaq Təl-Əvivin "təhlükəsiz olmayan zona" olduğunu bildirib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top