“Seçicilərə bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir”

DAXİLİ SİYASƏT 19 iyul 2024, 16:46
“Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir. Dairə və aşağı seçki komissiyaları bildirişlərin seçicilərə vaxtında paylanmasına çalışır”.

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov MSK- nın iyulun 19- da keçirilən iclasında deyib.

R. Qasımov bildirib ki, bildirişlərdə səsvermə proseduru qaydaları barədə məlumatlar öz əksini tapıb. Sədr müavini qeyd edib ki, bildirişlərdə seçicinin ünvanı, soyadı, adı, atasının adı, seçki günü və səsvermə saatları, məntəqə seçki komissiyaları ilə əlaqə saxlamaq üçün məlumatlar mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top