"Sentyabra hazırlaşıram. Yeni mahnılar hazırlayıram. Rok üslubunda belə oxuyacağam. Retro mahnıları yeni aranjimanda Təqdim edəcəyəm. Çox yeniliklər olacaq".
Demokrat.az Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Qonaqcanlı" verilişində deyib. Müğənni yeni mövsümə fərqli tərzdə hazırlaşdığını deyib. O bildirib ki, görünüşündə də dəyişiklik etməyi planlaşdırır:
"Xarici görünüşdə də dəyişiklik olacaq. Amma əməliyyatsız dəyişiklik olacaq. Heç vaxt etdirməmişəm, nəyə lazımdır. Hər insan 6 aydan bir həkimə müraciət etməlidir. Amma bədənşəkilləndirmə lazım deyil. Allah nə veribsə, o da bəsdir. Hər zaman qapalı geyinmişəm, elə də olacağam".
F.İbadova yeni işindən də danışıb:
"Abdulla Şaiq adına Kukla teatrının nəzdində "Oyuq" teatrı var. 10 il idi ki, təmənnasız orada uşaqlara dərs deyirdim. Bu ildən isə təsdiqləndi və rəsmi olaraq orada pedoqoq kimi çalışacağam".