“Qarabağ” - "Linkoln” matçının biletləri satışa çıxarıldı

İDMAN 19 iyul 2024, 09:26
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gündən - iyulun 19-u saat 11:00-dan etibarən satışa çıxarılır.

Demokrat.az
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab matçını iyulun 30-u Bakıda keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top