Qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var — Hicran Hüseynova

DAXİLİ SİYASƏT 18 iyul 2024, 11:17
Bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması halları baş verir.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər həyata keçirirlər:

"Düşünürəm ki, xüsusilə qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var. İnanıram ki, görülən tədbirlərin nəticəsində müsəlman qadınları dünyada terrorçu kimi deyil, vəkil, siyasətçi, həkim, müəllim, savadlı insan, ailənin özülü kimi tanınacaq".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top