Dünya

Trampa olan sui-qəsd seçkilərdə onun şansını artırdı

Trampa olan sui-qəsd seçkilərdə onun şansını artırdı

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi onun qarşıdan gələn seçkidə qalib gəlmək şansını artırıb.

Demokrat.az xəbər verir ki, bu fikri bir neçə respublikaçı konqresmen "Politico"ya şərhlərində bildiriblər.

Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Ordenin sözlərinə görə, Trampın bu hücumdan sağ çıxması onun seçkidə qalib gəlməsi deməkdir.

İndi respublikaçıların bir çoxu Trampın qələbəsinə inamlarını bölüşməsələr də, bir çoxları sui-qəsd cəhdinin onun dəstəyini gücləndirəcəyini proqnozlaşdırır.

Tennessi ştatının nümayəndəsi Tim Burçett bildirib ki, bu sui-qəsd cəhdi hər şeydən çox əsas elektorata enerji verəcək.

NE
Nihadə Eyyubova