Sumqayıtdakı qəzanın TƏFƏRRÜATI: "Hər şey bir saniyənin içində baş verdi" — VİDEO (YENİLƏNİB)

HADİSƏ 13 iyul 2024, 08:50

 Bakı-Quba yolunda TIR-la toqquşan 3 nömrəli marşrut avtobusunun sürücüsü Ramin Piriyev başına gələnləri Baku TV-yə danışıb.

O, qəzanın bir anda baş verdiyini bildirib:

"Sərnişin yolda əl etdi, avtobusu saxladım. Yolu keçən kimi bir saniyənin içində bir də gördüm ki, TIR-la toqquşduq. Sərnişinlər xəsarət aldılar".

Ətraflı süjetdə:
 


***
12 iyul, 20:24


Bu gün saat 17:00 radələrində Bakı-Quba yolunun 35-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Demokrat.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.

Bildirilib ki, "Isuzu" markalı 50-AE-781 nömrə nişanlı avtobusun sürücüsü yolun hərəkət hissəsində sürəti azaldaraq dayanmaq istəyib, bu zaman arxadan hərəkət edən "Mercedes Axor" markalı 77-XX-463 nömrə nişanlı yük avtomobili onunla toqquşub.

"Hadisə nəticəsində həyatını itirən olmayıb, avtobusda olan 12 nəfər sərnişinə ilkin tibbi yardım göstərilib", - deyə məlumatda qeyd olunub.
 
***
17:53

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

 

Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu yük maşını (TIR) ilə toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top