Azərbaycanda iyunda illik inflyasiya 1,1% təşkil edib. May inflyasiya 0,3% olub. Ancaq il sonuna təxminən 3,4% və 3,6% intervalında inflyasiyanın olması daha realdır.
Bu fikirləri Demokrat.az-a inflyasiya ilə bağlı açıqlamasında iqtisatçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert hesab edir ki, Azərbaycanda inflyasiyanın 2022-ci ildə olan pik həddindən sonra aşağı düşməsi proqnoz edilirdi:
“Müəyyən qədər inflyasiyanın azalma sürəti artıb. Bu həm də qlobal iqtisadiyyatda baş verir. Çünki Azərbaycanda inflyasiyasiyanın formalaşmasında idxal faktorlarının rolu çox böyükdür.”
Onun sözlərinə görə,inflyasiyanın qlobal səviyyədə aşağı düşməsi Azərbaycana da öz təsirini göstərir:
“Aylar üzrə də rəqəmlərdə fərqli dinamikalar var. 2025-ci ildə də hesab edirəm ki, 4% ətrafında olacaq. Hər dəfə olduğu kimi bu səfər də inflyasiyada ərzaq məhsullarının payı yuxarı səviyyədədir. Xidmətlər və qeyri-ərzaq məhsulları isə sonrakı yerləri bölüşdürür”.
Şahanə Xankişiyeva
Demokrat.az