Tanınmış aktyor günvurmadan öldü

DÜNYA 11 iyul 2024, 14:29
"Alf" serialında Tannerlərin oğlu Brayan obrazı ilə məşhurlaşan aktyor Benci Qreqori ABŞ-da dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, Qriqorinin 46 yaşı var idi. 

Məlumata görə, aktyorun cəsədi iyunun 13-də Peoriyada (Arizona) dayanacaqda saxlanılan avtomobilində tapılıb. 

Avtomobildə mərhum və iti də ölü tapılıb. 

Yaxınları deyir ki, Benci ayın 12-də banka gedib və geri qayıtmayıb. 

İlkin məlumata görə, aktyor avtomobildə yuxuya gedib və güclü günvurmadan dünyasını dəyişib.


Şahanə Xankişiyeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top