Ordumuzun zabiti faciəli şəkildə həlak oldu — VİDEO (YENİLƏNİB)

HADİSƏ 11 iyl 2024, 08:15
Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Qaxın Qorağan kəndindən olan Seydullah Məhərrəmov Vətən müharibəsində də iştirak edib.

O, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.

***
10 iyul, 18:47

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.

Demokrat.az
 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top