Məşhur aktyor Baydeni istefaya çağırır: “Bizə yeni namizəd lazımdır”

DÜNYA 10 iyul 2024, 23:12
Tanınmış aktyor, "Demokrat"ların fəal üzvü Corc Kluni prezident Co Baydeni istefa verməyə çağırıb. 

Demokrat.az "SKYNews"a istinadən xəbər verir ki, Kluni “New York Times” qəzetinə bu barədə fikirlərini açıqlayıb: “Mən Baydeni dost hesab edirəm, onun xarakterini və əxlaqını yüksək qiymətləndirirəm. Son dörd ildə o, bütün mübarizələri qazanıb. Lakin artıq zamana qalib gələ bilmir", - deyə Kluni bildirib. 

Tanınmış aktyor onu da qeyd edib ki, noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində Demokratlar Baydenlə qalib gələ bilməz. 

Xatırladaq ki, Kluni iyun ayında Baydenin yenidən prezident seçilməsi üçün keçirilən kampaniyada təxminən 28 milyon dollar pul toplanılmasına nail olmuşdu. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top