Kadir İnanır reanimasiyaya yerləşdirildi

REGİON 10 iyul 2024, 21:31
Mart ayında beynindəki laxtalanma nəticəsində üçüncü dəfə əməliyyat olunan türkiyəli usta aktyor Kadir İnanır yenidən reanimasiyaya yerləşdirilib. 

Demokrat.az xəbər verir ki, "Yeşilçam"ın usta aktyorunun ağciyərində yüngül infeksiya olduğu bildirilib. 

İnanırın həyat yoldaşı Jülide Kural açıqlamasında böyük bir narahatlıq və ya intubasiya vəziyyətinin olmadığını bildirib.

Kural, "Fizioterapiya mərkəzində müalicə davam edirdi, ancaq ağciyərində yüngül infeksiya olduğu üçün xəstəxanaya qayıtdıq. Üçüncü gündür ki, reanimasiyadayıq, amma ehtiyat məqsədi ilə" deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top