“Ronaldo yanıma gəldi, “selamaleykum” dedi və...” — Arda Gülər

İDMAN 10 iyl 2024, 14:06
Türkiyə futbol millisinin gənc oyunçusu Arda Gülər Ronaldo ilə bağlı maraqlı açıqlama verib. 

Demokrat.az xəbər verir ki, Arda Gülər Ronaldonun ona öz formasını verməsindən danışıb: 

"Portuqaliya ilə oyunumuz bitəndə Ronaldonun formasını almaq istədim, amma bunu etməyə utandım. Joao Feliksi çoxdan tanıyıram, ona görə də ondan gedib Ronaldonun formasını mənim üçün almasını xahiş etdim. 10 dəqiqədən sonra Feliks Kriştiano ilə soyunub-geyinmə otağımıza gəldi. Kriştianonun özünün otağa gəlməsi hamını təəccübləndirdi. O, “Salam-əleyküm” dedi və köynəyini mənə verdi. Əvvəlcə fərqinə varmadım, sonra anladım ki, Kriştiano hər kəsi xoşbəxt etməyi xoşlayır, hətta onları tanımasa da. Bu anı unutmayacağımı düşünürəm. Tarixin ən yaxşı oyunçusu sənin yanına gəlib öz formasını verir, bu, inanılmaz bir şeydir”. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top