Baydenin arvadı ona sual verən jurnalistləri acıladı: “Mənə qışqırmayın”

DÜNYA 09 iyul 2024, 20:43
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Jill Bayden jurnalistlərin Demokrat deputatların Baydeni istefaya çağırması ilə bağlı suallarını cavablandırmaq istəməyib. 

Demokrat.az xəbər verir ki, Florida ştatının Tampa şəhərində müxbirlərin "Həyat yoldaşınızı yarışdan kənarlaşdırmağa çağıran Demokrat millət vəkillərinə mesajınız nədir?", "Yarışın vəziyyəti haqqında nə düşünürsünüz?" suallarına Jill Bayden sərt reaksiya verib. 

Birinci xanım jurnalistlərin yanından keçərkən dayanıb "Mənə niyə qışqırırsınız? Məni tanıyırsınız. Mənə qışqırmayın. İcazə verin danışım" deyib və suallara cavab vermədən onu gözləyən maşına minib. 

Qeyd edək ki, Ağ Ev Jill Baydenin üç ştata seçki kampaniyası üçün jurnalistləri dəvət edib. Prezident Bayden səhhəti ilə bağlı narahatlıqlarına görə Florida, Corciya və Şimali Karolinaya səyahət zamanı həyat yoldaşına qatılmayıb. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top