Qəzzada ölənlərin sayı artdı

DÜNYA 09 iyul 2024, 20:10
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 38 min 243 nəfər həyatını itirib, 88 min 33 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. 

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top