“İranda yeni dönəm başlayır” — Politoloq

GÜNDƏM 08 iyul 2024, 18:27
Bildiyimiz kimi, İranda islahatçı və qeyri-fars namizəd Məsud Pezeşkianın prezident seçilməsi böyük dəyişikliklərin olacağına ümid işığı yandırdı. Lakin bir çoxları Pezeşkianın İran siyasətində hansısa dəyişiklik etmək ixtiyarında olmadığını bildirir. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, ayrı-ayrı etnik, sosial qrupların, regionların bir araya gətirilməsi və onlarda namizəd ilə bağlı inam formalaşdırmaq, həmçinin ölkə daxilində və xaricində namizədlə bağlı yeni bir cizgi çəkmək lazım idi.

Zaur Məmmədov qeyd edib ki, prezidentliyə qədər insanlar müxtəlif çıxışlar edə bilərlər, amma hakimiyyət kürsüsündə verdiyi hansı vədləri yerinə yetirəcək əsas odur:

“İranın yeni prezidenti hər halda xarici və daxili siyasətlə bağlı səlahiyyətlərə malik olacaq. O, ölkənin birinci şəxsidir. Eyni zamanda, prezidentin kim olması onun  Qərb ilə, Cənubi Qafqaz ilə münasibətlərindən tutmuş hansı trategiyanı, taktikanı seçməsi maraqlı olacaq. Hazırda onu qeyd edə bilərik ki, İranın prezidentliyinə o gəlibsə, hər halda demək bu təsadüfi deyil. Deməli bununla bağlı ali rəhbər tərəfindən də düşünülmüş addımlar atılıb. İran Yaxın Şərq, ABŞ, Qərb tərəfindən Nüvə proqramı ilə bağlı müəyyən çağırışlar ilə üz üzə idi. Bu çağırışların hansı yol ilə dəf edilməsi, Nüvə ilə bağlı dialoqun davam etdirilib-etdirilməməsi əsas suallarda biri idi.  

Eyni zamanda, İran daxili qruplarında bir növbəti oyanış prosesi iddia olunaraq narazılıqların kütləvi hal almasını tez-tez görürdük. Yeni prezident o şəxsdir ki, etnik qruplar arasında nüfüza malikdir, həmdə Qərb ilə münasibətlərdə dialoqun qurulmasında rol oynaya bilər. Əgər başqa şəxs, məsələn bir mühafizəkar hakimiyyətə gəlsəydi bu ölkədaxilində və xaricində narazılığın daha da artmasına gətirib çıxaracaqdı. Amma islahatçı bir şəxsin, üstəgəl Azərbaycan türkünün hakimiyyətə gəlməsi bir çoxlarında müəyyən ümidlər yaradır. 

Bu konteksdə biz onun fəalliyyətinin nədən ibarət olduğuna baxacağıq. İndi onu qeyd edə bilərik ki, İranda yeni dönəm başlayır. İstisna deyil ki, müəyyən çərçivədə dəyişikliklərin, islahatların şahidi ola bilərik. Ümumi  götürdükdə dərin dəyişikliklərdən çox güman ki, söhbət getməyəcək. Ali dini rəhbər özü də görür ki, müəyyən çağırışlar olur. Onların dəf edilməsi rejim qarşısında dayanan əsas məsələlərdən biridir. Onu görə də yeni prezident vasitəsilə həmin dəyişiklikləri həyata keçirə bilər. Burda əsas məqamlardan biri İran daxilində müəyyən qədər müxtəlif gücə malik olan qüvvələrin prezidentin aparacağı siyasətə nə qədər dirəniş göstərmələri ilə bağlı olacaq. Hazırda ölkədaxili qruplar arasında mübarizə görünmür. Yəqin ki, razılaşdırılmış şəkildə fəaliyyət göstərəcəklər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top