Türkiyə millisinin AVRO-2024-də qazancı AÇIQLANDI

İDMAN 08 iyl 2024, 08:17
Avropa Çempionatında mübarizəni 1/4 finalda dayandıran Türkiyə millisinin ümumi qazancı bəlli olub.

"Ay-ulduzlular" ümumilikdə 15.25 milyon avro gəlir əldə ediblər.

Bu gəlirin 9.25 milyonu AVRO-2024-ə iştiraka görədir.

Qardaş ölkə təmsilçisinin təkcə qələbəyə görə mükafatı 2 milyon avro olub.

Türkiyə millisi 1/8 finala yüksəldiyinə görə, 1.5 milyon, 1/4 -ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2024-ün 1/4 final mərhələsində Niderland yığmasına 2:1 hesabı ilə uduzduqdan sonra mübarizəni dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top