Ermənipərəst deputatdan ŞOK AÇIQLAMA

DÜNYA 07 iyul 2024, 20:56
“Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Avropa İttifaqı (Aİ) üçün qalmaqaldır”.

Demokrat.az xəbər verir ki, bu sözlərin müəllifi Avropa Parlamentinin deputatı Natali Luazodur.

“Viktor Orbanın Türk Dövlətlərinin Zirvə görüşündə Şimali Kipr təmsilçisi ilə Qarabağda iştirakı Macarıstan üçün biabırçılıqdır. Belə çıxır ki, Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alır”, - deyə fransız deputat yazıb.

Qeyd edək ki, bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının sammitində iştirak üçün Aİ-dən mandat almadığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top