Avtobus aşdı: 13 ölü, 37 yaralı

DÜNYA 07 iyul 2024, 19:43
Suriyanın Hüms əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, daha 37 nəfər yaralanıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Qurum qeyd edib ki, avtobus Hüms – Dəməşq magistral yolunda aşıb.

Məlumata görə, hadisə yerində fövqəladə hallar xidməti və polis işləyir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top